• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

"Azərsu”dan içməli su zəhərlənməsinə münasibət: Qəzadır

"Azərsu”dan içməli su zəhərlənməsinə münasibət: Qəzadır

“Qaraçuxur qəsəbəsinin Z.Şərifov və C.Qurbanov küçələrində baş verən hadisəyə səbəb həmin ərazidə uzun müddət istismarda olan və 6 binanı qidalandıran içməli su xəttində baş verən qəzadır”.

Bu barədə Publika.az-a “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Qaraçuxur qəsəbəsində içməli sudan zəhərlənmə halı ilə açıqlamasında deyib.

“Nəzərinizə çatdırım ki, əraziyə suyun verilişi səhər və axşam saatlarında qrafiklə həyata keçirilir. Gündüz saatlarında suyun verilişi dayandırılanda borunun deşilən hissəsindən yağış suları daxil olub. Axşam saatlarında su yenidən veriləndə həmin çirkab sular mənzillərə gedib”.

O bildirib ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə məlumat verilən kimi rəhbərlik də daxil olmaqla əməkdaşlar, qəza briqadaları hadisə yerinə gedib:

“Binalara suyun verilişi dərhal dayandırılıb, sudan analizlər götürülüb. Əhalinin susuz qalmaması üçün əraziyə 3 su maşını cəlb olunub. İnsanlara evlərində olan sulardan istifadə etməmələri tövsiyə edilib. Borunun qəzalı hissəsi müəyyən edildikdən sonra 30 metr yeni xətt çəkilib. Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşlarının iştirakı ilə həm yeni, həm də mövcud xətlər xlorla yuyulub təmizlənib. İşlər bitəndən sonra yenidən sudan analizlər götürülüb. Səyyar laboratoriya maşınları ilə suyun təmizliyinə əmin olduqdan sonra suyun verilişi bərpa olunub”.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR