Slavyanın yeni rektoru kimdir? - Tərcümeyi-hal
Bizi izləyin

Qırmızı.az

Slavyanın yeni rektoru kimdir? - Tərcümeyi-hal

Slavyanın yeni rektoru kimdir? - Tərcümeyi-hal

Prezident İlham Əliyev Asif Abbas oğlu Hacıyevin Slavyan Universitetinə rektor təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

“Axar.az” yeni rektorun avto-bioqrafiyasını təqdim edir

Asif Əliyev 3 aprel 1960-cı ildə Gürcüstan SSR-nin Borçalı mahalının Sarvan şəhərində anadan olub. 1977-ci ildə Bakı şəhər 246 saylı orta məktəbi, 1982-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1982-1986-cı illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə taqım komandiri işləyib, Bakı şəhər Xətai rayon gənc müəllimlər şurasının sədri olub.

1986-cı ildən Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda müəllim kimi fəaliyyətə başlayıb. Gənc alimlər şurasının, Tələbə Elmi Cəmiyyətinin sədri olub.

Rus ədəbiyyatı tarixi kafedrasında müəllim, dosent işləyib. 1992-ci ildən Ədəbiyyat nəzəriyyəsi kafedrasında çalışır, kafedranın professorudur. Ədəbiyyatşünaslığa giriş, ədəbiyyat nəzəriyyəsi, rus ədəbi tənqidi tarixi, poetika, ədəbiyyatşünasliğın tarixi və metodologiyası fənlərindən mühazirələr və xüsusi seminarlar aparır.

1987-ci ildə namizədlik, 1998-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib.2000-ci ilin may ayından Bakı Slavyan Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsində çalışır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm