QMİ-dən Aşura xəbərdarlığı - Zəncirlə qan çıxarmaq şəriətə uyğun deyil
Bizi izləyin

Qırmızı.az

QMİ-dən Aşura xəbərdarlığı - Zəncirlə qan çıxarmaq şəriətə uyğun deyil

Sabah Məhərrəm ayının 10-u – Aşura günüdür. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bununla bağlı zəncir vurmamağı, qan çıxarmamağı tövsiyə edib.

Publika.az xəbər verir ki, bu barədə QMİ-nin verdiyi fətvada bildirilir ki, Aşura mərasimləri keçirilən məscid ərazilərində, ibadət ocaqlarında, habelə müvafiq icra qurumları tərəfindən müəyyən edilmiş xüsusi məkanlarda ictimai asayiş qaydalarına riayət olunmalıdır:

“İbadət məkanlarından kənar ərazilərdə kütləvi yürüşlər yalnız müvafiq dövlət qurumlarının icazəsi əsasında təşkil oluna bilər. Təziyə məclislərində Kərbəla şəhidlərinin şəninə xütbələr oxunmaqla Vətənimiz uğrunda şəhid olanların əziz xatirəsi də yad edilməlidir. Təziyə keçirilən məkanlarda nizam-intizam gözlənilməlidir. Qurşağadək soyunaraq sinə vurmaq, zəncirlə və ya başqa alətlərlə qan çıxarmaq şəriətə uyğun deyil və qınağa səbəb olur. Əzadarlar özlərinə və başqalarına xəsarət yetirməməlidirlər”.

Qeyd edək ki, son illər təziyə günlərində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi aksiyaları təşkil olunur.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm