Qız qalasını 155.614 nəfər ziyarət etdi
Bizi izləyin

Qırmızı.az

Qız qalasını 155.614 nəfər ziyarət etdi

“İçərişəhər və “Qala” qoruqlarının muzeylərində ziyarәtçilәrin sayı artıb.

Bunu Publika.az-a “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bildirib.

Aparılmış uzunmüddәtli konservasiya işlәrindәn vә yeni muzey ekspozisiyasının qurulmasından sonra 2014-cü ildə Qız qalası yenidәn öz qapılarını ziyarәtçilәrin üzünə açıb. Şirvanşahlar Sarayı Kompleksindә isə dünya standartlarına cavab verәn yeni muzey ekspozisiyası yaradılaraq ictimaiyyәtә tәqdim edilib.

Hәr iki ekspozisiya açıldığı ilk gündən etibarən yerli və xarici qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Ötən illərə nisbətən 2015-ci ildə İçәrişәhәrin muzeylərinə və eyni zamanda, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna gələn ziyarətçilərin sayında artım müşahidə olunub.

Belə ki, 2015-ci ilin 9 ayı ərzində, Şirvanşahlar Sarayı Kompleksini 73.455 nəfər, Qoruğu isə 68.469 nəfər ziyarət etdiyi bildirilib.

Qeyd edək ki, YUNESKO-nun Dünya Maddi İrs Siyahısında yer almış İçәri Şәhәrin dünya әhәmiyyәtli abidәlәri Qız qalası vә Şirvanşahlar Sarayı Kompleksi hәr il minlәrlә yerli vә xarici qonağı qәbul edir.

Rübabə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm