• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Bu gecə saatlarınızı geri çəkməyi unutmayın!

Bu gecə saatlarınızı geri çəkməyi unutmayın!

Bu gün Azərbaycanda yay vaxtı ləğv edilir.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Publika.az-a verilən məlumata görə, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən oktyabrın 25-də saat 5.00-da respublika ərazisində saatlar 1 saat geri çəkilir. Bununla da yay vaxtı ləğv edilir.

Qeyd edək ki, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il tarixli, 21 nömrəli Qərarına əsasən hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR