• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Heydər Əliyev Mərkəzinin binası BMT-nin rəmzi olan mavi rənglə işıqlandırılıb - FOTO

Heydər Əliyev Mərkəzinin binası BMT-nin rəmzi olan mavi rənglə işıqlandırılıb - FOTO

Oktyabrın 24-də Heydər Əliyev Mərkəzi Birləşmiş Millətlər Təşkilatının 70 illik yubileyi münasibətilə keçirilən “Dünyanı BMT mavi rənginə boya” adlı qlobal kampaniya çərçivəsində mavi rəngdə işıqlandırılıb.

45-dən çox ölkədə 150-dən artıq bina, muzey, körpü və s. memarlıq abidəsinin qoşulduğu aksiya Mərkəzdə Heydər Əliyev Fondu və BMT-nin ölkə üzrə İdarə Heyətinin əməkdaşlığı nəticəsində reallaşıb.

Heydər Əliyev Mərkəzi bu aksiyaya qoşulmaqla, həmçinin BMT prinsipləri və firavanlıq prinsiplərinə sadiqliyini nümayiş etdirmiş olur.

BMT Günü münasibətilə bu qlobal kampaniya Yeni Zelandiyadan başlayıb, Avstraliyada Sidney Opera Evinin işıqlandırılması ilə davam edib. Dünya üzrə memarlıq abidələri bu beynəlxalq tədbirə qatıldıqca BMT-nin mavi rəng dalğası ölkə və qitələrə səyahət edir. Avstraliya Sidney Opera Evindən başlayaraq Misirin Qiza şəhərindəki böyük piramidalara qədər, Rio-de-Janeyro şəhərindəki İsa Məsih abidəsindən Nyu-York şəhərindəki “Empire State Building”ə qədər dünyanın bir çox tanınmış abidələri mavi rənglə işıqlandırılır. Aksiya iştirakçıları sırasında Rusiyanın Dövlət Ermitaj Muzeyi, İordaniyanın qədim Petra şəhəri, İtaliyanın Piza şəhərindəki Əyilən Qüllə, Birləşmiş Krallığın Edinburq Qəsri və Vestminster Sarayı, Cənubi Afrikanın Teybl Dağı, Yaponiyanın SkayTri Qülləsi, İspaniyanın Əlhambra Sarayı və digər məşhur abidələr də var.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR