Sinoptiklərdən Bakı üçün bayram müjdəsi - Hava
Bizi izləyin

Qırmızı.az

Sinoptiklərdən Bakı üçün bayram müjdəsi - Hava

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Temperatur gecə 4-9° isti, gündüz 11-16° isti, Bakıda gecə 6-8° isti, gündüz 14-16° isti olacaq.

Atmosfer təzyiqi 764 millimetr civə sütunundan 758 millimetr civə sütununna enəcək, nisbi rütubət gecə 75-85 faiz, gündüz 60-65 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında arabir yağıntı olacağı gözlənilir.

Temperatur gecə 4-9° isti, gündüz 15-20°, bəzi yerlərdə 23°-dək isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir yağıntı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.

Temperatur gecə 2-7° isti, gündüz 12-15° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında, əsasən, gecə və səhər bəzi yerlərdə yağıntı olacağı gözlənilir.

Temperatur gecə 5-10° isti, gündüz 14-19° isti təşkil edəcək.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında, əsasən, səhər və axşam bəzi yerlərdə yağıntı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Arabir duman olacaq.

Temperatur gecə 5-10° isti, gündüz 13-18° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti təşkil edəcək.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında, əsasən, gecə və səhər bəzi yerlərdə yağıntı olacağı gözlənilir. Arabir duman olacaq.

Temperatur gecə 5-10 isti°, gündüz 15-20° isti, bəzi yerlərdə 23° -dək isti təşkil edəcək.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağıntı olacağı gözlənilir. Səhər dağlarda duman olacaq.

Temperatur gecə 6-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 6-11° isti, gündüz 10-15° isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Yaxın üç gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, tez-tez güclü cənub-qərb və şimal-qərb küləklərinin bir-birini əvəz edəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm