Bakı Şəhər İcra Hakimiyyətinin səhvi - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Bakı Şəhər İcra Hakimiyyətinin səhvi - FOTOLAR

Azərbaycan Dil Qurumu İctimai Birliyi Bakının Mirəli Seyidov, Puşkin, Dilarə Əliyeva, Şəmsi Bədəlbəyli küçələrində, habelə Hüseyn Cavid və Azadlıq prospektlərində, o cümlədən Fəvvarələr meydanında monitorinq aparıb.

Publika.az xəbər verir ki, monitorinq zamanı bəlli olub ki, narahatlıq – narahatçılıq, üzr - üzür, kserosürət – kseroks, orijinal – orginal və ya orjinal, fontan – fantan, kompüter – kompyuter kimi yazılıb. Bakı Şəhər İcra Hakimiyyətinin asdığı yol nişanında isə “parkinq” sözü düzgün hallandırılmayıb.

Məlumatda bildirilir ki, “Dövlət dili haqqında” Qanunun (30 sentyabr 2002-ci il) 13-cü maddəsinə görə, Azərbaycan dilinin orfoqrafiya və orfoepiya normaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir və hüquqi, fiziki və vəzifəli şəxslər həmin normalara əməl etməlidirlər.

Sözügedən ərazidə yerləşən obyekt adlarında yanlışlığı əks etdirən fotoları təqdim edirik:

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm