Kolbasa və sosis xərçəng riskini artırır
Bizi izləyin

Qırmızı.az

Kolbasa və sosis xərçəng riskini artırır

Ümumdünya Səhiyyə Təşkilatı kolbasa və sosislərin bağırsaq xərçəngi riskini artırdığını bəyan edib.

Publika.az xəbər verir ki, təşkilatın açıqlamasına görə qırmızı ətin ömrünü uzatmaq üçün onun hisə verilməsi, qurudulması, duz və ya digər kimyəvi maddələrlə qarışdırılması təhlükəlidir. Bu cür ətdən 50 qram yeməklə bağırsaq xərçənginə tutulma riski 18% artır.

Əsasən, kolbas və sosislərin hazırlanması üçün ətin tərkibinə bu cür maddələrin əlavə edildiyinə diqqət çəkən təşkilat hələ ki, bu iddianın tam təsdiq edilmədiyini bəyan edib.

“Lakin sosis, kolbasa kimi qidalar nə qədər çox qəbul edilərsə, bağırsaq xərçəngi riski bir o qədər artmış olur”-deyə məlumatda qeyd olunur.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm