75 min nəfər ikimərtəbəli qatara minib
Bizi izləyin

Qırmızı.az

75 min nəfər ikimərtəbəli qatara minib

Bakı-Sumqayıt qatarından 75 min sərnişin istifadə edib.

Sentyabrın 12-dən bu günə qədər Bakı-Sumqayıt-Bakı marşrutu ilə ikimərtəbəli elektrik qatarlarından 74059 nəfər istifadə edib.

Bu barədə Publika.az-a “Dəmir Yollar” QSC-dən məlumat verilib.

Belə ki, Bakı sərnişin stansiyasından standart vaqonlara 39232, biznes sinfinə aid olan vaqonlara 1439, Sumqayıt stansiyasından standart vaqonlara 32473, biznes sinfinə aid olan vaqonlara isə 915 bilet satılıb.

Xatırladaq ki, sentyabr ayının 12-də Bakı-Sumqayıt-Bakı marşrutu ilə ikimərtəbəli elektrik qatarları hərəkətə başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm