Kəmaləddin Heydərov Neftçalada vətəndaşları qəbul edəcək
Bizi izləyin

Qırmızı.az

Kəmaləddin Heydərov Neftçalada vətəndaşları qəbul edəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən oktyabrın 30-da Neftçala şəhərində, Neftçala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Publika.az-a verilən məlumata görə, qəbulda yalnız Şirvan şəhərinin, Neftçala, Salyan, Biləsuvar rayonlarının sakinləri, həmçinin həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız FHN-nin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Neftçala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında (ünvan: Neftçala şəhəri, Ü.Hacıbəyov küçəsi 35) 29 oktyabr 2015-ci il tarixində saat 09.00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm