Sabah hava necə olacaq?
Bizi izləyin

Qırmızı.az

Sabah hava necə olacaq?

Sabah Azərbaycan ərazisində müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, oktyabrın 29-də Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 10-12, gündüz 12-15, Bakıda gecə 10-12, gündüz 12-14 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 9-12, gündüz 12-16, dağlarda gecə 1-6, gündüz 6-10 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm