
Bakıda minik avtomobili ilə avtobus toqquşub.
Publik.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN)
saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Xəzər
rayonunda “Mercedes” markalı minik avtomobili və “Daewoo” markalı
avtobusun toqquşması nəticəsində hər iki nəqliyyat vasitəsi
deformasiyaya uğrayıb, “Mercedes” markalı minik avtomobilinin
sürücüsü xəsarət alıb və deformasiyaya uğramış avtomobildə sıxılmış
vəziyyətdə qalıb.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət
etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını
avtomobildən çıxarıb, hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım
Stansiyasının əməkdaşlarına təhvil veriblər. Həmçinin, ərazidə
müvafiq təhlükəsizlik tədbirləri görülüb.