Bakı faciəsi: Dünyanın ən dəhşətli metro qəzasından 20 il keçdi...
Bizi izləyin

Qırmızı.az

Bakı faciəsi: Dünyanın ən dəhşətli metro qəzasından 20 il keçdi...

1995-ci il oktyabr ayının 28-də Bakı metropoliteninin «Ulduz» stansiyasından «Nərimanov» stansiyası istiqamətində hərəkət edən qatarda baş vermiş dəhşətli yanğın hadisəsindən 20 il ötür. Bununla əlaqədar «Ulduz» stansiyasında anım mərasimi keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə metropolitençilərlə yanaşı, Yasamal rayon İcra Hakimiyyətinin, C.Naxçıvanski adına hərbi liseyin zabit-müəllim və müdavim heyətinin nümayəndələri, neçə-neçə insanı həyatı bahasına xilas edərək şücaət göstərmiş qəhrəmanların valideynləri və yaxınları, eləcə də həmin hadisələri unutmayan sərnişinlər iştirak ediblər.

Dəhşətli hadisə zamanı dünyasını dəyişmiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, «Bakı Metropoliteni» QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev çıxış edərək bildirib ki, itkilərinin sayına görə (289 nəfər həlak olub, 270 nəfər xəsarət alıb) dünya metropolitenləri tarixinin ən dəhşətli faciəsinin qurbanlarının xatirəsi daim ehtiramla yad edilir. Metropolitençilər hər il 28 oktyabr günündə Mill Qəhrəman Çingiz Babayevin «Ulduz» stansiyasındakı büstünü ziyarət edir, abidənin önünə təzə-tər gül-çiçək dəstələri düzürlər.

Hadisədən bir həftə sonra prezidenti Heydər Əliyevin 3 noyabr 1995-ci il tarixli fərmanı ilə, ölümlərindən sonra, Çingiz Babayev Milli Qəhrəman adı, kursantlar Nicat Mürvət oğlu Səfərov, Ruslan Məmməd oğlu İsayev və Samir Nadir oğlu Məmmədova «İgidliyə görə» medalı ilə təltif olunublar.

Hərəkət xidmətinin rəis müavini Erşad Musayev, qəzanın ilk dəqiqələrindən bütün baş verənlərin şahidi kimi hisslərini gizlədə bilməyən «Ulduz» stansiyasının rəisi Şaiq Heydərov həmin ağrılı-acılı anlarla bağlı xatirələrini bölüşüb və hadisə baş verdiyi an köməyə yetişənlərin çox olmadığı bir vaxtda sərnişinlərin rolunu xüsusi vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm