• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Metronun dağıdılan keçidləri təmir olunacaq

Metronun dağıdılan keçidləri təmir olunacaq

Metro keçidlərində ticarət köşklərinin sökülməsindən sonra bəzi stansiyalarda təmir işləri aparılacaq.


Bu barədə AzVision.az-a “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəzakər Tanriverdiyeva məlumat verib.


Onun sözlərinə görə, keçidlərdə hazırda təmizləmə işləri aparılır. İş başa çatandan sonra təmir aparılacaq:


“Hələlik təmiz işləri aparılır. Tam söküntü bitəndən sonra müəyyənləşəcək ki, hansı yerlər bərbad gündədir. Bundan sonra bizim özümüzün təmir briqadaları var ki, bu işlərlə məşğul olacaq. Lakin rəhbərlik tərəfindən bu barədə heç bir göstəriş yoxdur. Təmir işlərinin nə zaman başlayacağı isə dəqiq bilinmir”.


Qeyd edək ki, “Koroğlu”, “Neftçilər”, “Qara Qarayev”, “Nəriman Nərimanov”, “Sahil” və digər stansiyalarda ticarət köşkləri sökülüb. Ümumilikdə isə Bakı Metropolitenində 1194 ticarət obyektinin sökülməsi planlaşdırılır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR