Günəşdə partlayışlar var, alışmalar Yerə tərəf yönəlib
Bizi izləyin

Qırmızı.az

Günəşdə partlayışlar var, alışmalar Yerə tərəf yönəlib

Hazırda Günəşdə aktivlik müşahidə olunur, alışmalar Yerə tərəf yönəlib.

Bunu Publika.az-a açıqlamasında Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor vəzifəsini icra edən Namiq Cəlilov deyib.

N.Cəlilov aktivliyin Yer üçün təhlükəli olmayacağını düşünür.

“Günəşi birbaşa NASA müşahidə edir və süni peyklərdən aldığımız məlumata görə, hazırda Günəşdə maqnit tsikli var. Tsikl sona yaxınlaşır, bu da Günəşdə aktivliyin azalması deməkdir. Ancaq buna baxmayaraq, gün ərzində Günəş səthində 4-5 dəfə partlayışlar baş verir. Lakin bu partlayışların hamısı Yerə doğru yönələ bilmir. Çünki Yerlə Günəş arasında 150 milyon kilometr məsafəni, hər iki planetin hərəkət etməsini nəzərə alsaq, Yerə çatma ehtimalı çox azdır.

Budəfəki partlayışların Yerə çox az təsiri ola bilər, lakin bunu insanların hiss etməsi gözlənilmir. Atılan kütlə gücündən asılı olaraq Yerə 3-4 günə çata bilir. Noyabrın 2-dən 5-dək bu hadisələrin təsirindən Yerdə geomaqnit qasırğa gözlənilir. Baş verəcək partlayışlar narahatlığa səbəb olacaq səviyyədə deyil”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm