Azərbaycanda ana böyrəyini qızına verdi
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda ana böyrəyini qızına verdi

Oktyabrın 29-da Astara Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə böyrək transplantasiyası kimi mürəkkəb əməliyyat keçirilib.

Rayonun Kijəbə qəsəbə sakini 1988-ci il təvəllüdlü, xroniki böyrək çatışmazlığıdan əziyyət çəkən Babayeva Vüsalə Elşad qızı üzərində canlı donordan - anası 1966-cı il təvəllüdlü Qənbərova Nazilə Əyyub qızından götürülmüş böyrək köçürülməsi əməliyyatı həyata keçirilib.

Əməliyyat uğurlu olub. Hazırda xəstəxananın reanimasiya şöbəsində olan ana və qızının vəziyyətinin yaxşı olduğu bildirilir.

Əməliyyat 4 saata yaxın davam edib. Həkimlər donorun gələcək həyatı üçün hər hansı bir təhlükənin olmadığını bildirirlər.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 16-dan başlayaraq Astara Rayon Mərkəzi Xəstəxanasında əhalinin tibbi müayinəsi ilə əlaqədar humanitar aksiya keçirilir.

Humanitar aksiya çərçivəsində Mərkəzi Neftçilər Xəstəxanasının və Respublika Diaqnostika Mərkəzinin həkim briqadaları tərəfindən Astara şəhərində, rayonun qəsəbə və kəndlərində 800 nəfərə yaxın insanın tibbi müayinədən keçməsi təmin edilib, rayon Mərkəzi Xəstəxanasında isə bir neçə əməliyyat icra olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm