Qarabağ əlili və şəhid ailəsi yeni mənzillərlə təmin olunublar
Bizi izləyin

Qırmızı.az

Qarabağ əlili və şəhid ailəsi yeni mənzillərlə təmin olunublar

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Qarabağ əlilləri və şəhid ailələrini mənzillərlə təmin edib.

ƏƏSMN-nin mətbuat xidmətindən Publika.Az-a verilən məlumata görə, Xaçmaz rayon sakinləri, şəhid ailəsi Cəfərova Tamella Əhməd qızına və Qarabağ müharibəsi əlili Fərzəliyev Natiq Nurəddin oğluna həmin rayonda müharibə əlilləri və şəhid ailələri üçün inşa edilmiş 36 mənzilli yaşayış binasından mənzillərin sənədləri təqdim olunub.

ƏƏSMN-nin sifarişi ilə Xaçmaz rayonunda inşa edilmiş 36 mənzilli yaşayış binası 2013-cü ilin sentyabrında istifadəyə verilərkən binadan iki mənzil növbədə olan aidiyyatı şəxslərin sənədlərində müəyyən çatışmazlıqlar olduğundan onlara verilməyib və ötən müddətdə boş qalıb. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ötən ilin dekabrında Siyəzən rayonunda vətəndaşları qəbul edərkən bununla bağlı həmin şəxslər tərəfindən nazirə müraciət edilib. S.Müslümov nazirliyin məsul şəxslərinin iştirakı ilə məsələnin ədalətlə araşdırılması və boş qalmış iki mənzili almaq hüququ olan şəxslərin müəyyən edilməsi barədə tapşırıq verib. Tapşırığa uyğun olaraq aparılmış araşdırmalar nəticəsində növbədə olan üç nəfərdən ikisinin - şəhid ailəsi Cəfərova Tamella Əhməd qızının və Qarabağ müharibəsi əlili Fərzəliyev Natiq Nurəddin oğlunun qeyd olunan iki mənzili almaq hüququna malik olduqları müəyyənləşib.

Nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev verilən bu mənzillərin möhtərəm Prezident cənab İlham Əliyevin əlil və şəhid ailələrinə diqqət və qayğısının bariz ifadəsi olduğunu vurğulayıb, onlara bu mənzillərdə firavan ömür sürməyi arzulayıb. T.Cəfərova və N.Fərzəliyev onların mənzillə təmin olunması ilə əlaqədar məsələnin ədalətli şəkildə həll olunmasından razılıqlarını ifadə edib, Novruz bayramı ərəfəsində onlara mənzil sevinci bəxş olunmasına görə dövlətimizin rəhbərinə minnətdarlıqlarını ifadə ediblər.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm