Cəlilabadın da kəndlərini su basdı
Bizi izləyin

Qırmızı.az

Cəlilabadın da kəndlərini su basdı

Aramsız yağan yağışlar Cəlilabadın kəndarası körpülərini sıradan çıxarıb.

Bu barədə Publika.az-a Cəlilabad Rayon İcra Hakimiyyətinin basçısının birinci müavini Vidadi Dövlətov məlumat verib.

Onun sözlərinə görə, rayonun Abdulu, Musalı, Əliabad, Ləkin, Haciabad, Əsədli kəndlərində körpülər, elektrik dirəkləri qəzalı vəziyyətə düşüb.

“Taxıl zəmilərinə, yollara, əhalinin mal-qarasına xeyli ziyan dəyib. Qarğılı kəndində məktəb binası qəzalı vəziyyətdədir. Hazırda dəyən ziyanın aradan qaldırılması üçün aidiyyəti qurumlar tərəfindən tədbirlər görülür”.

Rübabə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm