Mikayıl Cabbarov yeni rektoru təqdim etdi - FOTO
Bizi izləyin

Qırmızı.az

Mikayıl Cabbarov yeni rektoru təqdim etdi - FOTO

Bu gün Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Bakı Slavyan Universitetinin (BSU) rektoru vəzifəsinə təyin olunmuş Asif Hacıyev bu təhsil müəssisəsinin kollektivinə təqdim olunub. Nazirliyin saytında bildirilir ki, ilk olaraq ulu öndər Hеydər Əliyеvin ali məktəbin foyesindəki büstü önünə gül dəstələri qоyulub.


Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov Asif Hacıyevi yeni təyinatı münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.


Nazir universitetin Elmi Şurasının üzvlərini salamlayıb və Novruz bayramı münasibətilə təbriklərini çatdırıb.


BSU-nun rektoru Asif Hacıyev ona göstərilən etimada görə ölkə Prezidentinə minnətdarlığını bildirib. A.Hacıyev BSU-da formalaşmış sağlam ənənələri davam etdirəcəyini nəzərə çatdırıb.


BSU-nun keçmiş rektoru, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev ilk növbədə ölkə Prezidentinə təşəkkürünü bildirərək yeni təyin olunmuş rektorun universitetin kollektivi arasından seçilməsinin, ümumilikdə ali məktəb kollektivinə etimad kimi qəbul edildiyini söyləyib.

Məlumat üçün qeyd edək ki, Asif Abbas oğlu Hacıyev Azərbaycan Dövlət Univerisitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1982-1986-cı illərdə C.Naxçıvanski adına hərbi təmayüllü internat-məktəbdə tərbiyəçi-taqım komandiri işləyib.


1986-cı ildən keçmiş M.F.Axundov adına indiki BSU-da (keçmiş Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu) işləyir. Bu ali məktəbin Gənc Alimlər Şurasının və Tələbə Elmi Cəmiyyətinin sədri olub. 1987-ci ildə namizədlik, 1998-ci ildə doktorluq dissertasiyasını müdafiə edib. 2011-ci ilin noyabrından Bakı Slavyan Universiteti nəzdindəki Dissertasiya Şurasının sədridir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Universitetin ədəbiyyat nəzəriyyəsi kafedrasının professorudur.


2000-ci ilin mayından 17 mart 2014-cü il tarixinə qədər BSU-nun tədris işləri üzrə prorektoru vəzifəsində çalışıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm