PA rəsmisi: “Azərbaycan gəncliyi aktiv fəaliyyəti ilə seçilir” – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

PA rəsmisi: “Azərbaycan gəncliyi aktiv fəaliyyəti ilə seçilir” – FOTOLAR

İsmayıllı rayonunda Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Gənc Politoloqlar Mərkəzinin (GPM) yəşkilatçılığı ilə qonşu rayonların ictimaiyyət nümayəndələrinin, rayon fəallarının, bölgədə fəaliyyət göstərən KİV-ləri təmsil edən jurnalistlərin və müxtəlif Qeyri Hökumat Təşkilatlarının (QHT) təmsilçiləri ilə birgə “Gənc jurnalistlərin ictimai-siyasi mövzular üzrə ixtisaslaşması” mövzusunda elmi-praktik konfrans keçirilib.

Publika.az-ın məlumatına görə, bu tədbirlərin tərkib hissəsi kimi, İsmayıllı rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondu və Gənc Politoloqlar Mərkəzinin təşkilatçılığı ilə oktyabrın 28-dən 30-dək İsmayıllı rayonunda Gənc politoloqlar Mərkəzinin fəalları ilə birgə qonaq olan aparıcı Kütləvi İnformasiya Vasitələrinin, İctimai təşkilatların nümayəndələri İsmayıllı rayonunda yerləşən “Qızıl Qaya” istirahət mərkəzində yerləşməklə birgə fikir mübadiləsi aparıb, rayonun təbiəti, iqtisadiyyatı və sosial şəraiti ilə yaxından tanış olublar.

Gənc Politoloqlar Mərkəzinin əsas məqsədlərindən biri hüquqi-demokratik cəmiyyətin fəal iştirakçısı olan gənclərin siyasi və hüquqi təhsil və biliklərinin artırılmasına və təkmilləşdirilməsinə dəstək olmaqdan ibarətdir.

Tədbirdən öncə Elmi Praktik konfransın iştirakçıları rayonun mərkəzində, geniş park xiyabanın önündə yerləşən ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Elmi-praktik konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsindən və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsindən sonra öz işinə başlayıb.

Tədbiri giriş sözü ilə açan İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov tədbir iştirakçılarını salamlayaraq, bu qəbildən olan tədbirlərin böyük ictimai-siyasi əhəmiyyət daşıdığını bildirib.

O, elmi-praktik konfransın iştirakçılarına uğurlar arzulayıb.

Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri, YAP Siyasi Şurasının üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru Qafar Əliyev çıxış edərək bildirib ki, bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Onun sözlərinə görə, Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır.

Konfransın Azərbaycanda parlamentə seçkilər ərafəsində keçirildiyini diqqətə çatdıran Qafar Əliyev çıxışında dünya dövlətlərinin parlamentlərinin strukturu barədə danışıb, onların müqayisəli təhlilini verib.

PA rəsmisi gənclərin seçkilərdə aktiv şəkildə iştirak etmələrinin əhəmiyyətindən danışıb.

Gənc Politoloqlar Mərkəzinin sədri İlkin Əliyev isə ölkəmizdə həyata keçirilən Gənclər Siyasətindən danışaraq, gənclərin öz bilik və bacarıqlarını, təbii potensialını reallaşdırmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradıldığını qeyd edib.

Azərbaycan dövlət gənclər siyasətinin uğurla həyata keçirildiyini vurğulayan İ.Əliyev deyib ki, ölkəmizdə gənclərin sərbəst fəaliyyəti üçün bütün imkanlar yaradılıb.

Gənc Politoloqlar Mərkəzinin sədr müavini Elşən Orucov da tədbirin əhəmiyyətini vurğulayaraq, bu cür layihələrin gələcəkdə də davam etdiriləcəyini söyləyib.

Daha sonra elmi-praktik konfransda ilk məruzə ilə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov çıxış edib. İcra Hakimiyyətinin başçısı rayonda mövcud olan ictimai-siyasi, sosial iqtisadi vəziyyət barəsində tədbir iştirakçılarına məlumat verib, həyata keçirilən tədbirlərdən danışıb.

M.Sadıqov bildirib ki, son vaxtlar İsmayıllıda sosial iqtisadi inkişafın təmin edilmasi məqsədilə yeni yeni müəssisələr yaradılır, mövcud infrastruktur inkişaf etdirilir: “İsmayıllıda taxılçılıq, heyvandarlıq, üzümçülük, meyvəçilik, tütünçülük və sairə sahələr inkişaf etdirilib. Ərazidə xalça fabriki, şərab, şirə zavodları, ət-süd emalı kombinatları və digər müəssisələr vardır. Bununla yanaşı son zamanlar da yeni müəssisələr istifadəyə verilmiş və bir çoxlarının tikintisi aparılır. Belə müəssisələrin rayonumuzda fəaliyyət göstərməsinin çox böyük əhəmiyyəti vardır. Bu müəssisələrin fəaliyyət göstərməsi rayonunmuzun inkişafını təmin edir, yeni iş yerləri açılır, sosial-iqtisadi problemlərin həllini reallaşdırmağa imkan verir. Əsasən yeni müəssisələrin yaradılması zamanı regionda və respublikamızda yaranmış tələbatı nəzərə alaraq rentabelli ola biləcək istehsal müəssisələrinin yaradılmasına üstünlük veririk. Yeni dövrdə yaradılmış və tikintisi nəzərdə tutulan müəssisələrdən danışarkən qeyd etməliyik ki, artıq tikiş fabrikində 100-ə yaxın işçi çalışır. İsmayıllı velosiped zavodu tikilir. Yeni tikilən kərpic zavodu da bu qəbildəndir. Hind quşu əti istehsal edən fabrikin tikilməsi üzrə işlər gedir. Elektrik stansiyaları tikmək nəzərdə tutulur. Yapon mütəxəssisləri ilə birgə məişət avadanlıqları istehsal edəcək müəssisənin tikintisi nəzərdə tutulub. Rayonumuzda turizmin inkişaf etdirilməsi, ələcə də hava balonlarından istifadə etməklə Babadağda qeyri adi turizmin yaradılmasını nəzərdə tuturuq. Bütün bunlar da İsmayıllı rayonunun inkişafına xidmət edir”.

“Dünya siyasətində əsas münaqişə ocaqlarına yanaşmada paralellər və ikilistandrtlar” mövzusunda çıxış edən “Publika.az” xəbər portalının əməkdaşı Vasif Həsənli konfransda bildirib ki, dünyada gedən gosiyasi hadisələr qütbləşmə prosesini sürətləndirib: “Bu gün dünya od içində yanır. Bir tərəfdə ABŞ və onun müttəfiqləri, digər tərəfdə isə Rusiya, Çin və İran Suriyada qarşı-qarşıya dayanıblar. Dünya faktiki olaraq qlobal müharibə astanasındadır. Ancaq belə bir vəziyyətdə dünyada sabit və öz inkişafını davam etdirən müstəqil Azərbaycan dövləti də var”.

V.Həsənli dünyada olan münaqişələrə yanaşmalarda da ikilistandrtların olduğunu bildirib: “Dünyanın Krım və Qarabağ münaqişələrinin həllinə olan münasibətlərinə baxın. Burada da ikilistandrtlar öz sözünü deyir. Artıq 25 ilə yaxındır ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmamış qalıb, ərazilərimizin bir hissəsi Ermənistanın işğalı altındadır. Ancaq işğalçıya qarşı hər hansı beynəlxalq təzyiq ortada deyil. Lakin Krım hadisələrinə görə bütün dünya səfərbər olublar, Rusiyaya qarşı sanksiyalar ard-arda verilir. Sanki Dağlıq Qarabağ “dondurulmuş”, Krım isə dondurulmamış münaqişələrdir. Azərbaycana qarşı ikili standrtların bu cür hal alması heç bir halda qəbul oluna bilməz”.

Tədbir KİV nümayəndələrinin çıxışları ilə davam etdirilib. Sonda elmi-konfrnasda iştirak edən bir sıra şəxslərə sertifikat təqdim olunub.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm