Qırmızı.az
Bütün Qafqazın şeyxindən Novruz təbriki
QMİ-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxulislam Allahşükür PaşazadəNovruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb.
Təbrikdə deyilir:
"Bismillahir-rəhmanir-rəhim!
Əziz həmvətənlərim!
Sizi qarşıdan gələn xalqımızın qədim və gözəl
bayramı - Novruz münasibətilə ürəkdən təbrik edir, hamınıza
Allah-Taaladan səadət və rifah, bol-bol bayram sevinci
diləyirəm.
Novruz ulu tariximizdə özəl yeri və önəmi olan
xalq bayramıdır. Yaşadığımız hər bir an, varlığımız üçün Uca
Yaradana həmd-səna edən biz müsəlmanlar Novruz bayramını Allahın
böyük lütfü kimi dəyərləndiririk. Yer üzünə təravət, yeni ab-hava,
torpağa yeni həyat bəxş edən Novruz həyatın yenilənməsi,
dirçəlişinin rəmzi olub, Ulu Yaradan tərəfindən xəlq olunmuşların
ən alisi olan insanın ruhuna təbiətlə vəhdətdə təkamül səadəti
yaşadır".
Şeyxin sözlərinə görə, Yaradanın lütfü sayəsində
bu bayramın dini baxımdan önəm kəsb edən məqamlarla üst-üstə
düşməsi Novruzun mübarəkliyi, ülviliyini daha da artırır. Bəşər
övladının tövhidə gəlməsində önəmli məqam sayılan, müqəddəs
Peyğəmbərimizə ilk vəhyin nazil olduğu təqvimə təsadüf etməsi
Novruzun həqiqətən də ilahi səciyyəsindən qaynaqlanır. İnsan
həyatına yenilik, süfrələrə xeyir-bərəkət bəxş edən el bayramı olan
Novruz xalqımızın tarixi yaddaşında özəl yer tutaraq Uca Yaradana
məhəbbəti, Onun yaratdıqlarına şükür-sənanı, nemətlərinə təvəkkülü
və Onun rizası yolunda xeyirxahlığı təcəssüm etdirir. Bu bayram
Vətən övladını xoş əməllərə, nəcib və xeyirxah işlərə sövq edir,
qəlbindəki ülvi arzuları dirçəldir: "Allaha çox şükürlər olsun ki,
xalqımız ildən-ilə hər Novruza daha böyük inamla qədəm qoyur. Hər
yeni Novruz bayramı dövlətimiz və millətimizin uğurlu inkişaf
yoluna rəvac verir, Qarabağda qələbəmizə əzmimizi daha da artırır.
Xalqımız firavan sabahının, dinc sabit həyat və tərəqqisinin
təminini möhtərəm dövlət başçımız Prezident Ilham Əliyev
həzrətlərinin qətiyyət və möhkəm iradə ilə yeritdiyi müdrik dövlət
siyasətində görür və bu intibahlı yolu ürəkdən
dəstəkləyir.
Bu gözəl el bayramı münasibətilə sizi bir daha
ürəkdən təbrik edir, hər bir ailəyə səadət, xoş ovqat arzulayıram.
Allahdan diləyim budur ki, Öz Böyük Mərhəmət və Kəramətini
xalqımızın üzərindən əskik etməsin və bütün ülvi arzularımız, xoş
niyyətlərimizin gerçəkləşməsini bizlərə qismət etsin. Qoy Novruzun
qədəmləri mübarək olsun!"
-
Nida Xəbər 14:26
Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı
-
Magazin113:31
Tolik pərt etdi: "Bu da liftdə öpüşən Sabir" - VİDEO
-
Magazin112:56
Xalq artistindən valideynlərə və müəllimlərə MÜRACİƏT - VİDEO
-
Ekologiya12:31
Sabaha olan hava PROQNOZU - 20 dərəcə isti
-
Cənubi Qafqaz12:01
Paşinyan Şahramanyana cavab verdi - İrəvanda “mühacir hökumət” davası
-
Hadisə11:46
Ağdərədə qumbaraatan tapıldı - FOTO
-
İdman11:06
"Qarabağ"ın futbolçusu Fransa klubu ilə anlaşdı - FOTOFAKT
-
Dünya10:56
NATO Rusiya ilə müharibəyə hazırlaşır - Bu ölkədən hücuma keçəcəklər