Mətbuat Şurasının “qaynar xətt”inə müraciətlə bağlı son MƏLUMAT
Bizi izləyin

Qırmızı.az

Mətbuat Şurasının “qaynar xətt”inə müraciətlə bağlı son MƏLUMAT

Saat 11.00-dan 14.00-dək olan müddətdə parlament seçkilərində peşə fəaliyyətini yerinə yetirən jurnalistlərdən Azərbaycan Mətbuat Şurasının “qaynar xətt”inə müraciət daxil olmayıb.

Bu barədə Publika.az-a Mətbuat Şurasından məlumat verilib. Məlumatda bildirilib ki, paytaxtda və ölkəmizin müxtəlif bölglərindəki seçki məntəqələrində olan Azərbaycan Mətbuat Şurasının monitorinq qrupunun üzvləri də parlament seçkisində jurnalistlərin prosesi işıqlandırmalarında hər hansı maneə qeydə almayıblar.

Monitorinq qrupunda təmsil olunan MŞ-nin İdarə Heyətinin üzvləri 11 saylı Qaradağ, 10 saylı Binəqədi III, 16 saylı Yasamal II, 28 saylı Sabunçu III, 22 saylı Nəsimi II, 35 saylı Xətai III, 19 saylı Nərimanov I və 20 saylı Nərimanov II, 8 saylı Binəqədi I və 9 saylı Binəqədi II seçki dairələrinə daxil olan məntəqələrdə seçkinin gedişini izləyiblər. Bundan başqa Şuraya üzv olan bölgə kütləvi informasiya vasitələrinin əməkdaşları da monitorinqdə iştirak ediblər. Onlar seçki məntəqələrində jurnalistlərə peşə vəzifələrinin icrası üçün hər cür şəraitin yaradıldığını, hər hansı maneənin qeydə alınmadığını vurğulayıblar.

Azərbaycan Mətbuat Şurasının Şurasının (012) 441 35 96, (012) 441 35 30 telefon, həmçinin (050) 534 93 26 və (055) 201 99 26 mobil nömrələri 1 noyabr parlament seçkiləri ilə əlaqədar olaraq «qaynar xətt» rejimində fəaliyyətdədir. Saat 08.00-dan 14.00-dək “qaynar xətt”ə cəmi 1 jurnalist tərəfindən müraciət daxil olub. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının köməkliyi ilə “Report” İnformasiya Agentliyinin müxbiri Orxan Əzimovun 24 saylı Nizami I seçki dairəsinin 19 və 20 saylı məntəqələrində peşə fəaliyyətini sərbəst yerinə yetirməsi təmin edilib, yaranmış anlaşılmazlıq aradan qaldırılıb.

Qeyd edək ki, Azərbaycan Mətbuat Şurasının «qaynar xətt»inə bəzi deputatlığa namizədlərin seçki qərargahlarından müraciətlər daxil olub. Müraciət müəllifləri mübarizə apardıqları dairədəki digər namizədlərin müxtəlif media vasitələrindən yararlanaraq təbliğat və əks-təbliğat işləri apardıqlarını vurğulayıblar. Bu baxımdan eyni dairə ərazisindəki seçki məntəqələrində bir internet informasiya resursunun çoxsaylı əməkdaşının mövcudluğuna, onların seçicilərlə təmaslarda media mənsubu kimi deyil, namizədin tərəfdarı olaraq davranmalarına dair məqamlar qabardılıb. Müraciətlərdə həmçinin ayrı-ayrı saytların materiallarında yol verildiyi iddia edilən qanun pozuntusunun konkret namizədin (ad çəkilməklə) xeyrinə aparıldığının bildirilməsi də narazılıq doğurub.

Mətbuat Şurası jurnalistləri parlament seçkilərində ədalətli rəqabətə maneçilik törədən fəaliyyətdən uzaq durmağa, tərəfsiz mövqedən çıxış etməyə çağırır. Qurum bildirir ki, jurnalistikanın hazırkı işi ölkə ictimaiyyətini seçkinin gedişi ilə bağlı obyektiv və qərəzsiz məlumatlandırmaqdan ibarətdir. Mövcud xüsusda diqqət və riayət edilməli başlıca məqam media fəaliyyətinin Azərbaycan Respublikasının seçki qanunvericiliyində, habelə digər rəsmi sənədlərdə əksini tapmış müddəaları və «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»nın prinsipləridir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm