“Şərq”in 19 yaşı oldu
Bizi izləyin

Qırmızı.az

“Şərq”in 19 yaşı oldu

Bu gün “Şərq” qəzetinin 19 yaşı tamam olur.

Publika.az xəbər verir ki, 1996-cı ildə Akif Aşırlı tərəfindən əsası qoyulan qəzet Azərbaycan jurnalistika tarixində ilklərlə yadda qalıb. Çox ağır bir dövrdə fəaliyyətə başlayan qəzet qısa zaman içərisində Azərbaycanın ən çox sevilən mətbuat orqanları sırasına daxil ola bilib. “Şərq” yarandığı gündən bu yana daima bitərəf mövqeyi ilə seçilib. Qəzet heç bir zaman hansısa partiyanın təbliğat vasitəsinə çevrilməyib. Buna görədir ki, qəzet qısa zaman çərçivəsində öz tirajını 30 minə qaldırmağı bacarıb.

“Şərq” həm də Azərbaycan mətbuatında bir çox ilklərin sahibi oldu. Bunlardan ən vacibi qəzet səhifələrinə qısa xarakterli informasiyaların gətirilməsi idi. Məhz bu “Şərq”i digər mətbuat orqanlarından fərqləndirdi.

Qəzet sonradan Azərbaycanın bir çox tanınmış jurnalistləri üçün də əsas məktəb rolunu oynadı.

Elektron medianın inkişafı “Şərq” qəzetinə də öz təsirlərini göstərdi. Bir zamanlar 30 min tirajla çap olunan qəzet indi daha az sayla oxucu kontingentinin görüşünə gedir. Lakin maraqlı məqam orasındadır ki, mövqeləri nə qədər zəifləsə də, “Şərq” öz oxucularını itirməyib, əksinə, veb variantı ilə zamanla ayaqlaşmağı bacarır.

Publika.az Azərbaycan jurnalistika tarixinə öz adını qızıl hərflərlə yazdırmış “Şərq” qəzeti kollektivini təbrik edir, onlara işlərində müvəffəqiyyət arzulayır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm