“ASAN” kimin işini asanlaşdırıb? - Sorğu
Bizi izləyin

Qırmızı.az

“ASAN” kimin işini asanlaşdırıb? - Sorğu

“ASAN” kimin işini asanlaşdırıb? - Sorğu

“ASAN xidmət”ə müraciət edən Bakı sakinlərinin mütləq əksəriyyəti bu xidmətin fəaliyyətindən razıdır və korrupsiya ilə mübarizənin daha da effektiv olması qənaətindədir.

Publika.Az xəbər verir ki, bu, “Rəy” Monitorinq Mərkəzinin bu günlərdə keçirdiyi ictimai rəy sorğusunun nəticələrində öz əksini tapıb. Respondentlərin 96%-i “ASAN xidmət”ə müraciətin nəticələrindən razıdırlar. Bu suala cavab verənlərin 87%-i yeni xidmətdən “tamamilə”, 9%-i isə “qismən” razıdırlar. Qalan 4% agentliyə müraciətin nəticələrindən razı deyil və ya bu suala cavab verməkdə çətinlik çəkib.

Ümumilikdə Bakı sakinlərinin təxminən 73%-nin “ASAN xidmət”in nə ilə məşğul olması barədə az-çox məlumatı var, 12% isə ilk dəfə agentlik barədə müsahibə alanlardan eşidiblər. (“ASAN xidmət”in birinci şöbəsi 2013-cü ilin yanvar ayında fəaliyyətə başlayıb. Rəsmi statistik məlumatlara görə, ilin sonuna kimi onun mərkəzlərinə təxminən 900 min vətəndaş müraciət edib. Bu isə xidmətə təkcə tələbatın olmasını deyil, həm də onun effektivliyini göstərir).

Bütün respondentlərin təxminən 54%-i hesab edir ki, korrupsiya ilə mübarizə olduqca güclənib və öz bəhrəsini verir, təxminən 23%-i isə hesab edir ki, mübarizə güclənib, lakin o qədər də yox. Bakı sakinlərinin 13%-i bunun əksini düşünür, onlar bu sahədə heç bir müsbət dəyişiklik qeydə almayıblar, təxminən 10% isə cavab verməkdə çətinlik çəkib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm