Ermənilərlə əlbir olan azərbaycanlı gəncin məhkəməsi uzanır
Bizi izləyin

Qırmızı.az

Ermənilərlə əlbir olan azərbaycanlı gəncin məhkəməsi uzanır

Ermənilərlə əlbir olan azərbaycanlı gəncin məhkəməsi uzanır

Moskva məhkəməsində 2011-ci ilin avqust ayında Azərbaycan və Ermənistan vətəndaşları tərəfindən qəddarcasına döyülmüş Moskva sakini Vladimir Şmoylovun əks-səda doğurmuş işi üzrə məhkəmə prosesi başlayıb. İş Rusiya Federasiyasının İstintaq Komitəsi tərəfindən məhkəmədə qaldırıldıqdan sonra əks-səda yaranmasına səbəb olub. Publika.Az rus mediasına istinadən xəbər verir ki, bu vaxta qədər isə güc strukturları xəsarət alanın döyülməsi ilə ölümü arasında əlaqənin olmasından imtina edirdilər.

Ruslan Manaflı, Artur Avaqyan və Tiqran Qalstyan məhkəmə qarşısına çıxarılıb. Qeyd olunduğu kimi 2011-ci il 23 avqustda pilətəçi işləyən Vladimir Şmoylov dostugilə qonaq gedirdi. Tədqiqatlara əsasən, o, qıza sataşan bir qrup içkili yeniyetmələrin qarşısından keçərkən onlarla sözləşib. Müttəhimlər isə əksinə, Şmoylovun içkili olduğunu (məhkəmə ekspertizası onun yüngül içkili olduğunu təyin edib) və özünü idarə edə bilmədiyini iddia edir.

Məhkəmə işində deyildiyi kimi Şmoylov yeniyetmələrlə bacarmadığı üçün tramvay dayanacağına qaçıb və beş Qafqaz əsilli yeniyetmə dalınca qaçaraq tramvay yolunda yerə yıxıb vəhşicəsinə döyüblər. Yoldan keçənlər polis və təcili tibbi yardım çağırıblar. Lakin hadisə yerinə gəlmiş tibb işçiləri xəsarət alanın öldüyünü təsdiqləyib. Polis isə davada iştirak etmiş beş nəfəri yaxalayıb.

Lakin saxlanılanlar həmən günü buraxılıb və bir neçə gündən sonra isə tədqiqatlar nəticəsində meyitin bədən xəsarətləri ilə ölüm arasındakı əlaqə qeydə alınmadığı üçün bu əsasda cinayət işinin qaldırılmasından imtina ediblər. Vladimir Şmoylovun ölüm səbəbi kimi beyin damarlarının partlaması göstərilib.

Lakin mərhumun qohumları vəkil tutaraq KİV-ə müraciət ediblər. 2012-ci ilin noyabr ayında isə dələduzluqda günahlandırılan Ruslan Manaflı, Artur Avaqyan və Tiqran Qalstyanın işi barədə istintaq sona çatıb. 2013-cü ilin dekabr ayında prokuror ittihamı qəbul edərək işin baxılması üçün məhkəməyə göndərib.

Müqəssirlər günahlarını boyunlarına almayıb. Onların vəkili isə bildirib ki, həmən günü Vladimir Şmoylov içkili olub və dava “milli zəmində təhqirə görə” başlayıb.

Cəmalə Axundzadə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm