Qırmızı.az
Hər il 1 milyon 800 min insan bu xəstəlikdən ölür
Ümümdünya Səhiyyə Təşkilatının statistik məlumatına əsasən dünyada il ərzində 9.000.000-dan artıq insan bu xəstəliklə xəstələnir və 1.800.000 insan bu xəstəlikdən vəfat edir. Bu səbəbdən vərəm problemi dünya səhiyyə sisteminin qlobal problemi olaraq, cəmiyyətin sağlam inkişafına təhlükə yaradır. Müalicə olunmayan bir yoluxucu vərəm xəstəsi 1 ildə 10-15 yeni xəstə yaradır. Xəstəliyin vaxtında düzgün müalicə olunmaması əlillik və ölümlə nəticələnir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, son illərdə ölkədə vərəmlə xəstələnmə səviyyəsinin azalması, müalicə effektivliyinin yüksəlməsi, xəstə kontingentin əhəmiyyətli dərəcədə azalması tendensiyası müşahidə olunur.
Məlumatda bildirilir ki, ölkədə vərəmli xəstələr dövlət hesabına tam pulsuz müalicə alırlar. Vərəmli xəstələrin dərmanla təchizatını 2010-cu ildən dövlət öz üzərinə götürüb. 2013-cü ildən etibarən dərmana davamlı vərəmli xəstələrin də müalicəsi üçün lazım olan dərman preparatları da dövlət tərəfindən təchiz olunur.
Respublikamızda Vərəm əleyhinə xidmət paytaxtda və respublikanın bütün rayonlarında yerləşən 68 ixtisaslaşdırılmış müəssisə tərəfindən həyata keçirilir. Hal- hazırda 1 İnstitut, 7 dispanser, 18 xəstəxana, 11 vərəm əleyhinə şöbə, 31 vərəm əleyhinə kabinet fəaliyyət göstərir.
15 iyul 2000-ci il tarixində “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn tələblərin yerinə yetirilməsi məqsədilə bir sıra normativ sənədlər hazırlanıb və ÜST tərəfindən tövsiyə edilən strategiyalar qəbul edilib. Son 7 ildə vərəmin dərmana davamlı formalarının müalicəsinə başlanılıb.
Son illərdə dünya üzrə vərəm epidemiyasının sabitləşməsi meylləri müşahidə edilir. Bu əsasən yer kürəsinin iqtisadi artım qeyd olunduğu və yoxsulluqla mübarizədə uğurlar əldə edildiyi regionlara aiddir.
Gülnar Əliyeva
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO