• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Xəlifə Ömər Həzrəti Məhəmməddən necə önə keçdi? - Qəribə statistika

Xəlifə Ömər Həzrəti Məhəmməddən necə önə keçdi? - Qəribə statistika

Son günlər populyar olan nurçuluq Azərbaycana 90-cı illərdən daxil olmağa başlayıb, lakin dövlət strukturlarına əsasən 2000-ci illərdən yerləşə bildiyi haqqında məlumatlar var. Ölkə gündəmini dəyişən Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanovun işdən çıxarılmasına əsas səbəb kimi də onun və ətrafındakı müəyyən şəxslərin bu icmaya bağlılığı göstərilir.

Publika.Az –n bəzi hadisələrin paralelliyi ilə bağlı apardığı araşdırmada bəzi maraqlı məqamlar ortaya çıxır.
Elnur Aslanov: Onun PA-ya təyinat alması 2000-ci illərə təsadüf edir. Bu tarix həm də nurçuluğun dövlət strukturlarında təşəkkül tapması dövrü kimi qeyd olunur.

E. Aslanovun nurçuluqla bağlı olması, bu icmaya sevigisinin təzahürü kimi oğluna Ömər adını verməsi göstərilir. Hətta bəzi iddialara görə, ona icma daxilində Əbu Ömər də deyirlər. Əbu-Ömər ərəb dilində "Ömərin atası" deməkdir.

Buna paralel olaraq Ömər adının Azərbaycanda populyarlaşması tarixi də maraqlıdır. Adətən, Məhəmməd, Əli kimi adların populyar olduğu ad qoyma statistikasında Ömər adına az-az rast gəlinirdi. Lakin sözügedən dövrdə Ömər adı statistikada birdən-birə 3-cü pilləyə qədər qalxa bildi və sonrakı dövrlərdə əsas onluqda yer aldı. Hətta bəzi dövrlərdə Ömər adı Məhəmməd adını da qabaqlayır.

Misal üçün, 2013-cü ilə olan statistikada Azərbaycanda populyar oğlan adları sırasında Məhəmməd adı 1643 uşağa qoyulmaqla beşinci yerə, Ömər isə 1690 uşağa qoyulmaqla dördüncü yerdə qərarlaşır. Ümumi son 4 ilin statistikası isə Ömər adının qoyulmasında artma tendensiyası müşahidə olunur.

Ömər adı əsasən sünni məzhəblərinə mənsub insanalr arasında populyardır. Bu ada sələfi və nurçu icmaları xüsusi üstünülk verilir. Nurçu icmalrından birinin lideri Fətullah Gülənin Həzrəti Ömərlə bağlı moizələri də buna misaldır.

İddia edilir ki, yüksək məmurlar arasında adı nurçuluqda hallanan Strateji Araşdırmalar Mərkəzinin (SAM) sədri, birbaşa Elnur Aslanovun kadrı olduğu deyilən Fərhad Məmmədovun da oğlunun adı Ömərdir.
Maraqlıdır ki, onu da karyera həyatında yüksəlişi də 2000-ci illərin ortalarından başlayır.

Nurçuluğun dövlət strukturlarına daxil olması ilə Ömər adının populyarlaşmasının eyni dövrə təsadüf etməsi, eləcə də nurçuların əsas adamı olduğu deyilən şəxsin oğluna Ömər adı verməsi, onun Əbu-Ömər deyə çağırılması bəlkə də təsadüfdür, amma...

Hər-halda bunun maraqlı statistika olduğu da ortadadır.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR