Seysmoloji Xidmət Mərkəzində iclas keçirilib
Bizi izləyin

Qırmızı.az

Seysmoloji Xidmət Mərkəzində iclas keçirilib

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Elmi-Texniki Şurasının iclası keçirilib.

Publika.Az-ın məlumatına görə, iclasda geologiya-mineralogiya elmlər doktorları Q. Yetirmişli və F. Qədirovun Azərbaycan Respublikasının Elm sahəsində Dövlət Mükafatına təqdim edilməsi, Nazirlər Kabinetinin 2013-cü il 16 iyul tarixli 181 saylı “Azərbaycan Respublikasında elmi işçilərin attestasiyasının keçirilməsi Qaydaları”na əsasən AMEA Rəyasət Heyətinin qərarına uyğun olaraq, RSXM-də keçirilən attestasiya barəsində, 29-31 may 2014-cü il tarixində Bakıda keçiriləcək "ANTİLOP" Proqram Sistemi Qrupunun VI Beynəlxalq Konfransına hazırlıq, 2014-cü il ərzində mərkəzdə keçiriləcək elmi seminarların gündəliyi və qrafikinin müəyyənləşdirilməsi kimi məsələlərə baxılıb.

AMEA nəzdində RSXM-in Baş direktorunun elmi məsələlər üzrə müavini, fizika - riyaziyyat üzrə fəlsəfə doktoru Azay Rzayevin namizədlərlə bağlı məruzəsindən sonra Elmi-Texniki Şuranın üzvüləri yekdilliklə geologiya-mineralogiya elmlər doktorları Q.Yetirmişli və F.Qədirovun Azərbaycan Respublikasının Elm sahəsində Dövlət Mükafatına təqdim edilməsi təkilifini dəstəklənib.

Müzakirələr zamanı həmçinin RSXM-də çalışan doktorantların elmi işlərinin hazırlıq vəziyyətinə toxulub və onların bu ilin mart-aprel aylarında hesabat məruzələrini təqdim etməsi barədə qərar qəbul edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm