Metroda sökülən köşklərin avadanlıqları hara daşındı?
Bizi izləyin

Qırmızı.az

Metroda sökülən köşklərin avadanlıqları hara daşındı?

Metroda sökülən ticarət köşkləri hara daşındı?

Ötən gün Bakı Metropoliteni İdarəsinin bütün stansiyalarında 1194 ticarət köşkü sökülüb. Sökülən köşklərin materiallarının haraya daşınması, hansı məqsədlə istifadə olunması istər metro ticarətçilərinin, istərsə də sadə insanların marağına səbəb oldu. Hətta bəzi vətəndaşlar sökülən materialları daha ucuz qiymətə almaq üçün söküntü aparan fəhlələrə müraciət etdilər. Bəs bu materiallar harada, nə məqsədlə istifadə olunacaq?

Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov Publika.az-a açıqlamasında bildirib ki, metro köşklərinin sökülməsi zamanı çıxarılan bütün avadanlıqlar Bakı Metropoliteninin İctimai-İaşə Kombinatının balansına verilib.

Nərgiz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm