İlham Əliyev Facebook-da 3 min status yazıb
Bizi izləyin

Qırmızı.az

İlham Əliyev Facebook-da 3 min status yazıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin internetdə fəaliyyətini əks etdirən resursların hazırkı vəziyyəti haqqında infoqrafika hazırlanıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin internetdə fəaliyyətini əks etdirən resursların hazırkı vəziyyəti haqqında infoqrafika hazırlanıb.

Mincom.gov.az saytı xəbər verir ki, prezidentin rəsmi “Facebook” səhifəsində yerləşdirilən infoqrafika-videoçarxda əks olunur ki, hazırda ölkə başçısının “Facebook” səhifəsi izləyicilərinin sayı 300 min nəfər təşkil edir. İzləyicilərin 70 faizi 18-38 yaş arası gəncləri əhatə edir. Gündəlik aktiv istifadəçilərin sayı 80 minə çatır. Səhifəyə gündəlik baxış sayı 250 mini ötür, həftə ərzində 5 mindən artıq istifadəçi qoşulur. Sözügedən səhifədə yerləşdirilən hər yeni post 100 min nəfərdən çox istifadəçiyə çatdırılır. Həftə ərzində 1 milyon baxış olub.

Azərbaycan Prezidentinin “Twitter” səhifəsi iki dildə-Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir. Azərbaycan dilində olan bölmənin 73 min, ingilis dilindəki bölmənin 63 min istifadəçisi var. Bu günədək 3 min tvitpaylaşılıb.

Ölkə başçısının “YouTube” videoxidmətində olan kanalında 500 video yerləşdirilib. Videolara 1 milyon 750 min baxış qeydə alınıb. Daimi izləyicilərin sayı 5 min nəfəri keçib. Əhatə coğrafiyasına 132 ölkə daxildir.

Prezidentin “Instagram” fotoxidmətində yaradılan səhifəsində 250-dən artıq şəkil yerləşdirilib. Səhifənin izləyicilərinin sayı 18 mini ötüb.

Bunlarla yanaşı, ölkə Prezidentinin “Vimeo” və “Flikr” xidmətlərində də səhifələri fəaliyyət göstərir.

Xatırladaq ki, 2013-cü ildə Azərbaycan Prezidentinin məktəblilər üçün internet səhifəsi yaradılıb.

Qeyd edək ki, Prezidentin saytının mobil qurğular üçün əlavəsi də mövcuddur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm