Bakıda güclü külək olacaq - Hava
Bizi izləyin

Qırmızı.az

Bakıda güclü külək olacaq - Hava

Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.

Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.

Temperaturun gecə 5-8°, gündüz 11-16° isti, Bakıda gecə 5-7°, gündüz 13-15° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 754 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında arabir yağıntı olacağı gözlənilir.

Temperatur gecə 3-8°, gündüz 15-20° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir yağıntı olacağı gözlənilir.

Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında səhər və axşam bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir.

Temperatur gecə 2-7°, gündüz 13-18° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında havanın arabir yağıntılı, duman olacağı gözlənilir.

Temperatur gecə 1-6°, gündüz 11-16° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Arabir duman olacaq.

Temperaturun gecə 5-10°, gündüz 15-20° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağıntı olacağı gözlənilir. Səhər dağlarda duman olacaq.

Temperatur gecə 6-9°, gündüz 13-18° isti, dağlarda gecə 1-5°, gündüz 8-13° isti təşkil edəcək.

Xəbərdarlıq

Martın 23-dək ölkə ərazisində güclü küləkli hava şəraiti üstünlük təşkil edəcək. Tez-tez cənub küləyi şimal-qərb küləyi ilə əvəz olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm