Mənzildə köməksiz qalmış üç nəfər xilas edilib
Bizi izləyin

Qırmızı.az

Mənzildə köməksiz qalmış üç nəfər xilas edilib

Sumqayıtda mənzildə üç nəfər köməksiz vəziyyətdə qalıb.

Sumqayıtda mənzildə üç nəfər köməksiz vəziyyətdə qalıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində mənzilin giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 3 nəfər köməksiz vəziyyətdə qalıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin giriş qapısını açaraq, içəri daxil olublar.

Mənzildə köməksiz vəziyyətdə qalmış zərərçəkmişlər aidiyyəti üzrə təhvil veriliblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm