Yararsız məhsullar satışdan çıxarılıb
Bizi izləyin

Qırmızı.az

Yararsız məhsullar satışdan çıxarılıb

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinq keçiribş

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinq keçiribş

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, monitorinqlər zamanı Bakının Qaradağ, Xəzər, Binəqədi rayonlarında, eləcə də Sumqayıt, Ağstafa, Ağdam, Qazax, Naftalan, Goranboy, Mingəçevir, Bərdə, Quba, Siyəzən, Şabran, Şamaxı, Şəki, Zaqatalada mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb. Ümumilikdə 850 kiloqramdan artıq saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm