Seysmoloji Xidmət Mərkəzi iclas keçirib
Bizi izləyin

Qırmızı.az

Seysmoloji Xidmət Mərkəzi iclas keçirib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) elmi-texniki şurasının iclası keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) elmi-texniki şurasının iclası keçirilib.

Mərkəzin mətbuat xidmətindən verilən xəbərə görə, iclasda geologiya-mineralogiya üzrə elmlər doktorları Q. Yetirmişli və F. Qədirovun Azərbaycan Respublikasının Elm sahəsində Dövlət Mükafatına təqdim edilməsi, Nazirlər Kabinetinin 2013-cü il 16 iyul tarixli “Azərbaycan Respublikasında elmi işçilərin attestasiyasının keçirilməsi Qaydaları”na əsasən AMEA rəyasət heyətinin qərarına uyğun olaraq, RSXM-də keçirilən attestasiya barədə məsələlərə baxılıb.

Həmçinin bu il mayın 29-dan 31-dək Bakıda keçiriləcək “ANTİLOP” proqram sistemi qrupunun VI Beynəlxalq konfransına hazırlıq, 2014-cü ildə mərkəzdə keçiriləcək elmi seminarların gündəliyi və qrafikinin müəyyənləşdirilməsi məsələləri müzakirə edilib.

Mərkəzin baş direktorunun elmi məsələlər üzrə müavini, fizika - riyaziyyat üzrə fəlsəfə doktoru Azay Rzayevin namizədlərlə bağlı məruzəsindən sonra elmi-texniki şuranın üzvləri yekdilliklə geologiya-mineralogiya üzrə elmlər doktorları Q. Yetirmişli və F. Qədirovun Azərbaycan Respublikasının Elm sahəsində Dövlət Mükafatına təqdim edilməsi təklifini dəstəkləyibşlər.

Müzakirələr zamanı, həmçinin RSXM-də çalışan doktorantların elmi işlərinin hazırlıq vəziyyətinə toxunulub və onların cari ilin mart-aprel aylarında hesabat məruzələrini təqdim etmələri barədə qərar qəbul olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm