Tovuzda maşınlar toqquşdu: 4 yaralı
Bizi izləyin

Qırmızı.az

Tovuzda maşınlar toqquşdu: 4 yaralı

Tovuz rayonunun Həzi Aslanov prospektində "VAZ 2106" markalı maşınla "VAZ 21011" markalı minik maşınları toqquşub.



Milli.Az Türkel TV-yə istinadən bildirir ki, qəza nəticəsində 4 nəfər xəsarət alıb. "VAZ 21011"in sürücüsü, Ağstafa rayon Köçəskər kənd sakini 24 yaşlı Röyal Qurbanov, həmin maşında olan sərnişin, 30 yaşlı Vüsal Sadıqov və "VAZ 2106"da olan Tovuz rayon Yuxarı Öysüzlü kənd sakini, 25 yaşlı Müsəllim Hüseynov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Tovuz Rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər. Digər bir sərnişin isə hadisə yerində ambulator müayinə olunaraq evə buraxılıb.



Hadisədən yüngül xəsarətlə qurtulan "VAZ 21011"in sürücüsü Röyal Qurbanov, həmçinin hadisə şahidləri qəzaya səbəb kimi "VAZ 2106"nın yüksək sürətli olmasını göstərirlər. Qəzanın dəqiq baş vermə səbəbini isə Tovuz Rayon Polis Şöbəsi araşdırır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm