Zaqatalada qadın döyülərək öldürülüb
Bizi izləyin

Qırmızı.az

Zaqatalada qadın döyülərək öldürülüb

Zaqatalada qadın döyülərək öldürülüb

Zaqatala rayonunda qadın döyülərək öldürülüb.

Publika.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 15-də Zaqatala rayonunun Kebeloba kənd sakini Elmira Abdullayeva Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək fevral ayının 12-də rayon sakini Eldar Osmanov tərəfindən döyüldüyünü bildirib.

E. Abdullayeva martın 18-də xəstəxanada dünyasını dəyişib.

Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Osmanov tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm