• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

AzTV İlham Əliyevin Elnur Aslanovla bağlı sərəncamını vermədi - Şok video

AzTV İlham Əliyevin Elnur Aslanovla bağlı sərəncamını vermədi - Şok video

Prezident İlham Əliyevin Elnur Aslanovun işdən çıxarılması ilə bağlı martın 17-də verdiyi sərəncamın onun kurasiyasına daxil olan saytlarda işıqlandırılmaması ilə bağlı “Qafqazinfo” xəbər dərc etmişdi.

Həmin xəbər ölkə gündəmində rezonansa səbəb olub. Demək olar ki, əksər mətbuat orqanları dövlət dəstəyi ilə fəaliyyət göstərən bu media orqanlarının Azərbaycan prezidentinin sərəncamını gözardına vurmasını, Elnur Aslanovun işdən çıxarılması dərc etməkdən imtina etməsini sensasiya kimi təqdim etmişdilər.

“Qafqazinfo” xəbər verir ki, bu gün daha bir şok fakt ortaya çıxıb. Məlum olub ki, ölkənin rəsmi dövlət kanalı olan AzTV prezident İlham Əliyevin sərəncamını verməyib. Belə ki, həmin gün ( 17 mart) bir sıra mühüm sərəncamlar imzalayan dövlət başçısının verdiyi qərarlar televiziyanın əsas xəbər bülletenində səsləndirilsə də, məlum sərəncamla bağlı bir cümlə belə məlumat efirə getməyib.

İndi sizə həmin tarixdə efirə gedən “Xəbərlər”in əsas buraxılışında oxunan sərəncamları diqqətinizə çatdırırıq. Gördüyünüz kimi, aparıcı Elnur Aslanovla bağlı sərəncamı efirdə səsləndirmir.

Qeyd edək ki, Elnur Aslanovun kadrlarından olan Orxan Əkbərov, həm də AzTV sədri Arif Alışanovun kürəkənidir. Onun da adı nurçularla birgə çəkilir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR