Amerikalıların 98 faizindən çox bal toplayan gənc soydaşımız - FOTO
Bizi izləyin

Qırmızı.az

Amerikalıların 98 faizindən çox bal toplayan gənc soydaşımız - FOTO

Amerikalıların 98 faizindən çox bal toplayan gənc soydaşımız - FOTO

Hazırda Praqa Beynəlxalq Məktəbinin 12-ci sinfində oxuyan soydaşımız 17 yaşlı Emil Əliyev SAT testindən 2080 bal toplayıb.

Teleqraf.com-un xəbərinə görə, Amerika məktəblilərinin cəmi 2-3 faizi orta məktəblərin buraxılış imtahanlarında bu cür göstəriciyə nail ola bilir.

Birləşmiş Ştatların kollec və universitetləri üçün standartlaşdırlmış SAT sistemi bizdəki qəbul qaydalarından bir az fərqli mexanizmdir. Həmin testlərin nəticələri universitetlərə gedir və universitetlər özləri abituriyentə dəvət göndərir. Qəbul başqa faktorlardan asılı olsa da, 1900-2000-dən yuxarı bal Birləşmiş Ştatların ən prestijli universitetlərinə qəbul üçün bəs edir.

Aldığımız məlumata görə, Emil Əliyev informatika ixtisasına üstünlük verir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm