Azərbaycanlı istedad amerikalıları qabaqladı
Bizi izləyin

Qırmızı.az

Azərbaycanlı istedad amerikalıları qabaqladı

Azərbaycanlı istedad amerikalıları qabaqladı

Hazırda Praqa Beynəlxalq Məktəbinin 12-ci sinfində oxuyan həmyerlimiz 17 yaşlı Emil Əliyev SAT testindən 2080 bal toplayıb.

Teleqraf.com-un verdiyi xəbərə görə, Amerika məktəblilərinin cəmi 2-3 faizi orta məktəblərin buraxılış imtahanlarında bu cür göstəriciyə nail ola bilir.

Birləşmiş Ştatların kollec və universitetləri üçün standartlaşdırlmış SAT sistemi bizdəki qəbul qaydalarından bir az fərqli mexanizmdir. Həmin testlərin nəticələri universitetlərə gedir və universitetlər özləri abituriyentə dəvət göndərir. Qəbul başqa faktorlardan asılı olsa da, 1900-2000-dən yuxarı bal Birləşmiş Ştatların ən prestijli universitetlərinə qəbul üçün bəs edir.

Aldığımız məlumata görə, Emil Əliyev kompüter bilimçiliyi ixtisasına üstünlük verir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm