Bayram günlərində hava necə olacaq?
Bizi izləyin

Qırmızı.az

Bayram günlərində hava necə olacaq?

Bakı və Abşeron yarımadasında martın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.Az-a verilən məlumata görə, güclü cənub-qərb küləyi axşam mülayimləşəcək, gecəyə doğru isə güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 5-8, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında martın 20-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 5-10, gündüz 15-20, bəzi yerlərdə 23 dərəcəyədək isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Martın 23-dən sonra ölkə ərazisində mülayim hava şəraiti hökm sürməyə, havanın temperaturu yüksəlməyə başlayacaq. Ölkə ərazisində əsasən yağmursuz, mülayim hava şəraiti hökm sürəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm