Braziliyanın Azərbaycandakı səfiri ADU-da
Bizi izləyin

Qırmızı.az

Braziliyanın Azərbaycandakı səfiri ADU-da

Martın 19-da Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Braziliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Santiaqo Alcazarı qəbul edib.

ADU-nunİctimaiyyətlə əlaqələr departamentindən Publika.Az-a verilən məlumata görə, qonağı salamlayan rektor Səməd Seyidov onu Azərbaycan Dillər Universitetində görməkdən məmnun olduğunu bildirib. Universitetin tarixindən danışan professor rektor Səməd Seyidov ADU-da 6000 tələbənin təhsil aldığını, 20-dən çox dilin tədris olunduğunu və müxtəlif dil mərkəzlərinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Ali təhsil ocağının rəhbəri Azərbaycanda hələ 20-ci əsrin əvvəllərindən ispan dilinə böyük maraq olduğunu deyib. Rektor Səməd Seyidov ADU-nun Latın Amerikası ölkələrinin universitetləri ilə əlaqələrinin genişləndiyini vurğulayıb və ispandilli ölkələlərlə ADU-nun əlaqələrinə diqqət çəkib.

Braziliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Santiaqo Alcazar səmimi qəbula görə təşəkkür edib. O, gələcək əməkdaşlıq üçün ilk addımın atılmasının əhəmiyyətini vurğulayıb. Səfir Santiaqo Alcazar ADU-da Portuqal dilinin tədrisi, həmçinin Braziliya mərkəzinin açılmasında, eyni zamanda birgə qarşılıqlı layihələrin həyata keçirilməsi üçün ADU ilə əməkdaşlıqda maraqlı olduğunu deyib. Səfir universitetlərarası əlaqələrin qurulması və genişləndirilməsinin ölkələrarası əlaqələrə təkan verəcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə, o cümlədən gələcək əməkdaşlıq perspektivləri, universitetlərarası əlaqələrin genişləndirilməsi, müəllim-tələbə mübadiləsi və gələcəkdə Braziliya universitetlərində Azərbaycan dilinin tədrisi ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdən sonra səfir ADU-nun İnformasiya Resurs Kompleksi, müxtəlif ölkələrin dil mərkəzləri ilə tanış olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm