• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Prezident sərəncamını verməyənlər bir arada - FOTOLAR

Prezident sərəncamını verməyənlər bir arada - FOTOLAR

Prezident İlham Əliyevin Elnur Aslanovun vəzifədən azad olunması ilə bağlı verdiyi sərəncamın AzTV başda olmaqla “Azərbaycan”, “Xalq”, “Respublika” qəzetlərində, eləcə də İctimai televiziyada işıqlandırılmaması artıq ölkə gündəmində böyük şok yaradıb.

Sözügedən KİV-lər tərəfindən “Biz prezidentin kadr islahatlarını işıqlandırmırıq”, “Sərəncam gəlib bizə çatmayıb” və digər məsələdən boyun qaçırma tipli cavablar verilsə də, əsl mətləb gizli qalmaqdadır. Hələ ki, prezident sərəncamına qarşı rəsmi medianın niyə bu cür sayğısız davranması, bu addımı kimin göstərişi ilə həyata keçirdikləri bəlli deyil. Onlar prezidentə deyil, bəs kimə xidmət edirlər?! Heç olmasa bu biabırçılığa peşəkar formada bir yalan tapıb təmizə çıxmağa çalışmırlar. Axı prezident sərəncamını vermək onların dövlət başçısına münasibəti deyil, rəsmi media olaraq vəzifə borclarıdır. Məsələ ciddi şəkildə araşdırılırsa, yəqin ki, bu vəzifədən sui-istifadə və xəyanət kimi məqamları ciddi şəkildə ortaya çıxaracaq və həmin vaxt bu addımın arxasında hansı qüvvənin olduğu aydınlaşacaq.

Lakin redaksiyamıza bir-birinin ardınca daxil olan maraqlı məlumatlar müəyyən məqamları üzə çıxarır. Belə ki, bir qədər əvvəl niyə məhz AzTV-nin prezident sərəncamını verməməsinin ipucları ilə bağlı faktları təqdim etmişdik. Yazıda qeyd olunurdu ki, Arıf alışanovun kürəkəni Orxan Əkbərov işdən çıxarılan Elnur Aslanovun sağ əlidir və onlar bir şəbəkə halında fəaliyyət göstərirlər. Və ehtimal olunur ki, artıq nurçular AzTV-yə tam nüfuz ediblər.

İndicə redaksiyamıza həmin məqamı bir qədər də qüvvətləndirən yeni fakt daxil olub. Məlum olur ki, AzTV rəhbərinin kürəkəni olan O. Əkbərov həm də bu sərəncamın işıqlandırılmasından imtina edən “Azərbaycan” qəzetinin baş redaktorunun birinci müavini İxtiyar Hüseynli ilə “abi”dirlər. Nəinki onlar ikisi, hətta nurçuluqda ittiham olunan digər şəxslər – Ceyhun Osmanlı, Orxan Əkbərov, Fərhad Məmmədov, İxtiyar Hüseynli və Elnur Aslanovun digər kadrı olan Rauf Mərdiyev də başda olmaqla bir çox gənclər eyni “kruq”a daxildirlər. Onların redaksiyamıza göndərilən fotolarında adıçəkilən gənclərin birlikdə çox mehriban olduqları və müxtəlif tədbirlərdə birgə iştirakları öz əksini tapıb.

Həmin fotoları təqdim edirik:

Qafqazinfo.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR