İmran Cəfərzadənin Novruz - FOTOSU
Bizi izləyin

Qırmızı.az

İmran Cəfərzadənin Novruz - FOTOSU

İmran Cəfərzadənin Novruz fotosu

Bir müddət əvvəl xaricdə müalicə alıb Bakıya dönən balaca İmranın Novruz fotosu yayılıb.

Publika.Az-ın məlumatına görə, İmranın valideynləri Prezident İlham Əliyevə məktub yazaraq oğullarının müalicə almasında köməyə görə minnətdarlıq ediblər.

“Heydər Əliyev Beynəlxalq Aeroportunun gözləmə otağına daxil olanda gözlərimizə inanmadıq, balaca İmranın Bakıya dönmə xəbərini eşidib onu qarşılamağa o qədər insan gəlmişdi ki, elə bil hamı bu möcüzənin – onun bağışlanmaz bir məsuliyyətsizlik nəticəsində itirdiyi ayaqları ilə yenidən sərbəst gəzməsinin şahidi olmaq istəyirdi.

Sizin sayənizdə bu günü görmək bizə nəsib oldu.”, - deyə Cəfərovlar ailəsi məktubda yazır. Xatırladaq ki, balaca İmran bədbəxt hadisə nəticəsində ayağını itirmişdi və müalicə almaq üçün dövlət tərəfindən xaricə göndərilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm