ADA ilə Əfqanıstan Diplomatiya Akademiyası arasında müqavilə imzalanıb
Bizi izləyin

Qırmızı.az

ADA ilə Əfqanıstan Diplomatiya Akademiyası arasında müqavilə imzalanıb

Bu gün ADA Universitetində Əfqanıstan İslam Respublikasının Xarici İşlər Nazirliyinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti qəbul edilib.

Bu gün ADA Universitetində Əfqanıstan İslam Respublikasının Xarici İşlər Nazirliyinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti qəbul edilib.

Universitetdən verilən məlumata görə, qonaqları qarşılayan ADA Universitetinin prorektoru Fariz İsmayılzadə onları ADA-nın kampusu ilə tanış edib. Universitetin təklif etdiyi fakültələr, proqramlar və ixtisaslar, o cümlədən xarici tələbələr üçün təklif edilən təqaüd proqramından danışan prorektor qonaqları ADA-da həm bakalavr, həm də magistratura pilləsində təhsil alan üç əfqan tələbə ilə də tanış edib. Daha sonra qonaqlar ADA Universitetinin İxtisasartırma proqramı haqqında və proqramın yüksək və orta vəzifəli əfqan diplomatlar üçün keçdiyi təlimlər haqqında ətraflı məlumatlandırılıblar.

Əfqanıstan Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Diplomatiya Akademiyasının rektoru Moheb Rahman Spingar da ADA Universiteti ilə əməkdaşlığın gücləndirilməsində maraqlı olduğunu qeyd edib. Xüsusilə, Əfqanıstan Diplomatiya Akademiyasının kitabxanasının zənginləşdirilməsi və elektronlaşdırılması sahəsində ADA Universitetinin təcrübələrindən faydalanmaq istədiklərini qeyd edən M.R.Spingar gələcəkdə ADA Universitetində daha çox əfqan tələbə görmək istədiyini vurğulayıb.

Sonda tərəflər arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə dair memorandum imzalanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm