Yeni ailə quran ərlə arvad dəm qazından boğulublar
Bizi izləyin

Qırmızı.az

Yeni ailə quran ərlə arvad dəm qazından boğulublar

Zaqatalanın Azərbaycan küçəsində yeni tikilən evlərin birindən iki meyit tapılıb.

Zaqatalanın Azərbaycan küçəsində yeni tikilən evlərin birindən iki meyit tapılıb.

Meyidi tapılan şəxslərin ər-arvad olduğu və onlardan birinin vanna, digərinin isə yataq otağından tapıldığı bildirilir. Hadisə yerinə çağırılan polis və prokurorluq əməkdaşlarının apardığı ilkin araşdırma zamanı ölmüş vəziyyətdə aşkarlanan şəxslərin rayon sakinləri - 44 yaşlı Davudov Akif Abdusalam oğlu və onun həyat yoldaşı, 35 yaşlı İbrahimova Nigar Heydər qızı olmasını müəyyən edilib. Onların 3 ay əvvəl ailə həyatı qurduqları da deyilir. İlkin ehtimal kimi ərlə arvadın dəm qazından zəhərlənməsi və iki gün əvvəl öldüyü versiyası irəli sürülür. /ans tv/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm