Qırmızı.az
Zakir Həsənovdan hərbçilərə Novruz təbriki
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Novruz bayramı münasibətilə şəxsi heyətə təbrik ünvanlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təbrikdə deyilir:“Yoldaş zabitlər, gizirlər, miçmanlar, çavuşlar, əsgərlər və matroslar!
Sizi xalqımızın əziz bayramlarından olan Novruz bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.
Müstəqil respublikamız bu gün inkişaf və tərəqqi yolu ilə inamla irəliləyir. Adət-ənənələri zəngin olan xalqımızın baharın gəlişini, təbiətin oyanışını, tarixi çox qədim Novruz bayramını sevinclə, həvəslə və böyük ruh yüksəkliyi ilə təntənəli şəkildə qeyd etməsi möhtərəm prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu siyasət nəticəsində mümkün olub.
İnanıram ki, bundan sonra da hər biriniz Hərbi Anda, nizamnamələrə sadiq qalaraq əsgəri borcunuzu şərəf və vicdanla yerinə yetirəcək, işğal altında olan torpaqlarımızı azad etməyə, müstəqil Azərbaycan Respublikasının ərazi bütövlüyünü bərpa etməyə hər an hazır olacaqsınız.
Sizə möhkəm cansağlığı, uzun ömür və xidmətinizdə uğurlar arzulayıram”.
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır