17 yaşlı azərbaycanlı qızın dəhşətli intiharı
Bizi izləyin

Qırmızı.az

17 yaşlı azərbaycanlı qızın dəhşətli intiharı

17 yaşlı azərbaycanlı qızın dəhşətli intiharı

Gürcüstanın Telavi rayonunun azərbaycanlıların kompakt yaşadığı Qaracalar kəndində ölüm hadisəsi baş verib. ANSPRESS xəbər verir ki, bu barədə Kaxeti Mətbuat Mərkəzinin rəhbəri Maya Mamulaşvili məlumat verib.

Onun sözlərinə görə, Qaracalar kənd orta məktəbinin 11-ci sinif şagirdi, 17 yaşlı Samirə Bəxtiyarova silahdan atəş açaraq özünü güllələyib.Telavi rayon xəstəxanasının həkimi Zurab Canaşvilinin sözlərinə görə, boğazından və sinə nahiyəsindən güllə yaraları alan S.Bəxtiyarova hadisə yerində ölüb. Hadisə yerinə polis patrul xidməti gəlib. Hadisə ilə bağlı cinayət işi qaldırılıb, hadisənin baş vermə səbəbi araşdırılır.

Qeyri-rəsmi məlumata görə, S.Bəxtiyarovanın bu addımı atmasına valideynlərinin onu sevmədiyi şəxslə ailə qurmağa məcbur etməsi səbəb olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm