• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

“Müharibə əlilləri var ki, dəflərlə mənzil, avtomobil və torpaq alıb bəhrələniblər” – Etimad Əsədov

“Müharibə əlilləri var ki, dəflərlə mənzil, avtomobil və  torpaq alıb  bəhrələniblər” – Etimad Əsədov

“Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədovun “Qafqazinfo” ya müsahibəsi:

- Ölkə prezidenti Qarabağ qazilərinin övladlarının təhsil haqqından azad edilməsi ilə bağlı sərəncam imzaladı. Bu sərəncam sizin üçün gözlənilən idimi?

- Biz bu sərəncamı gözləyirdik. Çünki xeyli müddət idi ki Qarabağ qazilərinin sosial problemlərini diqqətə gətirmişdik. Ölkə başçısına müraciət ünvanlamışdıq. Problemlərlə bağlı biz Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovla, baş naizirin müavini Əli Əhmədovla da görüşmüşdük. Tam səmimi və işgüzar bir görüşümüz olmuşdu. İnanırdıq ki, bu məsələlər öz həllini tapacaq. Fərmanda əksini tapan məsələlər həlli vacib olan məsələlər idi. Bu Qarabağ qazilərinin, əlillərin, şəhid ailərinin və bu fərmandan bəhrələnən insanların hamısı üçün bir bayram hədiyyəsi oldu.

- Nazirlikdə keçirdiyiniz görüşlərdə daha hansı problemləri qaldırmışdınız?

- Biz QHT-lər olaraq bir araya gəlmişdik. Qarabağ qazilərinin həyatında normal dönüş yaratmaq, problemləri aradan qaldırmaq üçün konkret təkliflər paketi hazırlamışdıq. Cənab prezidentə göndərdiyimiz təkliflər paketini həmin nazirlərlə də müzakirə etmişdik. Müzakirələr nəticəsində bizə bildirdilər ki, həqiqətən də bu problemlər mövcuddur. Və onlar bu problemlər barədə ölkə prezidentinə məruzə edəcəklər.

- Hazırda nə qədər Qarabağ qazisi var?

- 11500-ə qədər Qarabağ qazisi, əlili var. Bunlar birinci ikinci, üçüncü qruplara bölünürlər.

- Mətbuatda da ötən ilin sonlarından etibarən Qarabağ qazilərinin problemləri ilə məsələlər mütəmadi olaraq işıqlandırılır. Sizcə, bu problemlərin həllində medianın rolu nə qədərdir?

- Ondan öncə də Qarabağ müharibəsi əlilləri arasında müəyyən problemlər yaşanırdı. Ancaq ötən ilin sonunda Zaur Həsənovun özünü yandıraraq intihar etməsi bir daha bu qəbildən olan insanların problemlərinin ciddi olduğunu gündəmə gətirdi. Aidiyyatı orqanların həqiqətən də bu insanlara münasibətin dəyişməsini, onların problemləri ilə maraqlanılmasını və ölçü götürülməsini gündəmə gətirdi. Bizim də keçirdiymiz görüşlər nəticəsində məlum oldu ki, həqiqətən də bu insanların problemi çözülməlidir. Onarın yaşamında dönüş yaradılmalıdır ki, bu cür hallara əl atmasınlar.

- Onlarla daha çox kontaktda olan şəxs kimi daha çox hansı problemlərdən şikayətçi olduqlarını bildirirlər?

- Son fərmandan sonra bizə bölgələrdən çoxlu zənglər oldu. Bizim təkliflər paketimizdə qeyd olunan problemlər məlum fərmanda öz həllini tapdı. Tibbi sığorta məsələsi də vacibdir. İndi hazırda əlillər pulsuz müalicə alır. Cənab nazirin bizə bildirdiyinə görə yaxın bir-iki il müddətinə bu insanların özləri və övladları tibbi sığorta ilə təmin olunacaq.

- Bəzən olur ki, bu qəbildən olan insanlara sui-istifadə hallarına yol verirlər. Bunun qarşısını necə almaq olar?

- Çox təəssüfləndirici haldır ki, müharibə əlillərinin içərisində həqiqətən də sui istifadə halları baş verir. Mənzillərin, avtomobillərin alınmasında və ya hər hansı dolanışıq sahəsi üçün torpağın ayrılması zamanı bu insanlar dəfələrlə belə hallardan istifadə edib bəhrələnirlər. Sonradan isə onları satır, vəziyyətini bilərəkdən pisləşdirirlər. Özlərini yandırma kimi təhdidlər edirlər. Bu yolverilməzdir. Biz anındaca həmin insanları araşdırırıq. Çünki onlar hər hansı QHT-nin üzvüdür. Bu QHT-lər bir- biri birgə fəaliyyət göstərir. Həmin insanları araşdırırıq ki, bunun ona haqqı çatır ya yox. Məsələn, elələri var ki, iki dəfə ev, torpaq sahəsi alıb. Sonrdan satıb və əlavə yenə istəyir. Belə hallara qarşı biz mübarizə aparırıq. KİV- də öz etirazımzı bildiririk. Doğru yolda olmaqlarını və Qarabağ qazilərinin adına xələl gətirməmələrini tövsiyə edirik. Bunun qarşısını almaq yaxın gələcəkdə daha da asan olacaq. Belə ki Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında bir komissiya fəaliyyət göstərəcək. Dövlət orqanlarının və QHT-lərin nümayəndələri orada təmsil olunacaqlar. Biz birgə fəaliyyət göstərəriksə, həmin sui-istifadə qarşısını almaq bizim üçün asan olacaq.

- Məlumatlar var ki, avtomobillərin alınması üçün əvvəlcədən rüşvət verirsən. Belə hallar yenə də varmı?

- Bütün sahələrdə çatışmazlqlar var. Amma son zamanlar ƏƏSMN-də dəyişikliklər edildikdən sonra qısa zaman kəsiyində ünvanlı sosial yardımın alınması sahəsində, minik avtomobillərinin verilməsi, mənzil növbəsində duran insanların təminatı ilə bağlı şəffaf bir proses həyata keçirildi. Növbədə duran insanların hamısı nazirliyin saytında yerləşdirilib. Hər kəs sayta girib öz növbəsini görə bilər. Heç kim də heç kimin qarşısına keçə bilməz. Bundan öncəki zaman deyil. Həmin dövrdə nazirliyin əməkdaşları tərəfindən elə hallara yol verilirdisə, indi bunun qarşısı alınıb.

- “Qarabağ Qaziləri” İctimai Birliyi olaraq gələcək planlarınız nədir?

- Biz Azərbaycan Respublikası üçün xidmət göstərib Qarabağ qazilərinə çevrilmiş insanlarıq. Dövlət və dövlətçiliyimizi dəstəkləyib onun arxasında duran insanlarıq. Bu qəbildən olan insanların problemlərinin həlli ilə əlaqədar aidiyyatı orqanlar qarşısında məsələ qaldırmağı, onların həyatında dönüş yaratmağı, cəmiyyətdə onlara olan qayğını daha da artırmağı planlaşdırırıq. Komissiya daxilində fəal iştirak edib bu insanların həyatını daimi nəzarətə götürmək istəyirik. Son verilən fərman da bizim üçün töhfə idi. Nəzərə alsaq ki, Qarabağ əlillərinin çoxlu sayda övladları universitetlərdə təhsil alır. Onların təhsil haqqını ödəməyə maddi imkanı yox idi.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR