Daş karxanasinda dəhşət: sürücü buldozerin altında qaldı
Bizi izləyin

Qırmızı.az

Daş karxanasinda dəhşət: sürücü buldozerin altında qaldı

Daş karxanasinda dəhşət: sürücü buldozerin altında qaldı

Ötən gün Goranboy rayonunda dəhşətli qəza baş verib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, qəza Ballıqaya kəndinin ərazisindəki daş karxanasında olub.

Daş karxanasında işləyən Sahib Aslanovun idarə etdiyi “T-130” markalı buldozer aşıb. Qəza nəticəsində sürücü buldozerin altında qalıb.

Hadisə yerinə gələn xilasedicilər və hüquq-mühafizə orqanları sürücünün buldozerin altında qalaraq əzilən meyidini çıxarıblar. Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm